EN

Bakıya 41 qızıl külçə keçirənlərə — Hökm oxundu

Ölkəyə qaçaqmalçılıq yolu ilə 41 ədəd qızıl külçə keçirmək istəyən gömrükçü Əfsər Mirzəliyev və onunla birgə ittiham olunan Səfər Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Nigar İmanovanın sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, verilmiş ittiham dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.

Hökmə əsasən, Əfsər Mirzəliyev və Səfər Səfərov ayrı-ayrılıqda 5 il azadlıqdan məhrum ediliblər.

Chosen
13
7
demokrat.az

10Sources