Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib. "Azərbaycan və Ermənistan arasında sülhün təsisi üçün tərəfləri əvvəldən indiyə qədər cəsarətləndirdik", - Ərdoğan bildirib. O, bu prosesə töhfə verən ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

R.T.Ərdoğan qeyd edib ki, bununla əlaqədər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi davam edəcək.