EN

Klubu ilə yenidən anlaşdı

Matteo Politano klubundan aldığı yeni təklifi qəbul edib.

O, “Napoli” ilə yeni müqavilə imzalayıb. Neapol klubu Politanonun sözləşməsinib nüddətini 2028-ci ilin iyununa qədər uzadıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

İtaliya yığmasında da oynayan futbolçu “Napoli”yə 2021-ci ilin yayında “İnter”dən keçib. 32 yaşlı vinger bu mövsüm meydana çıxdığı 5 rəsmi matçda 1 qolun ötürməsini edib.

Qeyd edək ki, “Napoli” Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biridi. Azərbaycanın son çempionu bu komanda ilə 5-ci turun noyabrın 26-da Neapolda keçiriləcək oyununda qarşılaşacaq.

Chosen
40
football-plus.az

1Sources