ABŞ Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqlara inanmadığını deyib və onları “ən böyük saxtakarlıq” adlandırıb.
Sitat.info xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən deyib.
"İqlim dəyişikliyi ən böyük saxtakarlıqdır. BMT və bir çox digər təşkilatların çox vaxt pis niyyətlə verdiyi bütün proqnozlar yanlış idi.
Karbon izləri cəfəngiyyatdır, lakin bizdə hələ də ABŞ-da hər şeyin dayanması, fabriklərin fəaliyyətini dayandırmasına lazım olduğuna inanan radikal ekoloqlar var", - Tramp qeyd edib.