EN

BMT-nin 80-ci Baş Assambleya iclası başlayıb

BMT-nin 80-ci Baş Assambleya iclası başlayıb

Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin liderləri və yüksək səviyyəli nümayəndələrini bir həftəlik Nyu-Yorkda bir araya gətirən BMT-nin 80-ci Baş Assambleya iclası başlayıb.

İclas BMT-nin 80-ci Baş Assambleya sədri, almaniyalı Annalena Baerbokun rəhbərliyi və BMT Baş katibi Antonio Quterreşin çıxışı ilə açılıb.

BMT-dən verilən məlumata görə, 23–29 sentyabr tarixlərində keçirilən 80-ci Baş Assambleyaya bu il 89 dövlət başçısı, 5 vitse-prezident, 1 şahzadə, 43 hökumət başçısı, 5 baş nazir müavini, 45 nazir, 1 nazir müavini və Avropa İttifaqı nümayəndə heyəti qatılacaq.

Əfqanıstan, Myanma və Seyşel adalarının rəhbərliklərinin bu il Baş Assambleya görüşlərində iştirak etmədiyi qeyd olunub.

Chosen
5
afn.az

1Sources