EN

İqtisadiyyat Nazirliyinə məxsus qurumun süni intellekt əsaslı informativ elektron resursu yaradılacaq

"Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin süni intellekt əsaslı informativ elektron resursu yaradılacaq.

Qurum bununla bağlı müvafiq işlərə start verib.

Məlumata görə, elektron resursun yaradılmasında məqsəd xarici istedadların ölkəyə cəlbini stimullaşdırmaqdır.

Belə ki, texnoloji investorlar və startaplara münasibətdə Azərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdim etmək məqsədilə informativ internet səhifəsinin hazırlanması nəzərdə tutulur.

Proses internet səhifəsinin texniki olaraq hazırlanması, məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarının operativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslı bot resursunun inteqrasiyasını əhatə edir. Resurs 3 ana komponentdən ibarət olacaq: 1. informativ portal, 2. admin panel, 3. Sİ əsaslı sahəvi bot

Qeyd edək ki, qurum süni intellekt əsaslı informativ elektron resursun yaradılmasının 325 173 manata başa gələcəyini pronozlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
2
olaylar.az

2Sources