AZ

İqtisadiyyat Nazirliyinə məxsus qurumun süni intellekt əsaslı informativ elektron resursu yaradılacaq

Bakı. Trend:

“Azərbaycan Respublikası İqtisadiyyat NazirliyininTikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin süniintellekt əsaslı informativ elektron resursu yaradılacaq.

Trend-inməlumatına görə, qurum bununla bağlı müvafiq işlərə startverib.

Məlumata görə, elektron resursun yaradılmasında məqsəd xariciistedadların ölkəyə cəlbini stimullaşdırmaqdır.

Belə ki, texnoloji investorlar və startaplara münasibətdəAzərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdimetmək məqsədilə informativ internet səhifəsinin hazırlanmasınəzərdə tutulur.

Proses internet səhifəsinin texniki olaraq hazırlanması,məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarınınoperativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslıbot resursunun inteqrasiyasını əhatə edir. Resurs 3 anakomponentdən ibarət olacaq: 1. informativ portal, 2. admin panel,3. Sİ əsaslı sahəvi bot

Qeyd edək ki, qurum süni intellekt əsaslı informativ elektronresursun yaradılmasının 325 173 manata başa gələcəyinipronozlaşdırıb.

Seçilən
3
2
az.trend.az

2Mənbələr