EN

Tramp: Avropa Rusiyadan neft alışını dərhal dayandırmalıdır Tramp: Rusiyadan neft alan Avropa ölkələri vaxtımızı boşa xərcləyir

BAKI, 23 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrini Rusiyadan enerji resurslarının alışını dərhal dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, Donald Tramp çərşənbə axşamı Avropa dövlətlərinin nümayəndələri ilə Rusiyadan neft alışının dayandırılması məsələsini müzakirə etməyi planlaşdırır.

“Avropa ölkələri dərhal Rusiyadan neft alışını dayandırmalıdırlar, əks halda biz hamımız vaxtımızı boş yerə sərf edirik. Mən bu məsələni müzakirəyə hazırıq və bu gün Avropa ölkələri ilə bu mövzu ətrafında danışıqlar aparacağıq",– deyə Tramp qeyd edib.

Chosen
8
5
teleqraf.com

6Sources