EN

Zelenski: Bu yaxınlarda BMT də səsimiz daha yüksək çıxacaq!

Turkstan.az saytına istinadən ain.az xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışında iştirak edib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı bildirib ki, bu günlərdə BMT tribunasından Ukraynanın səsi daha da güclü səslənəcək.

Zelenski bu barədə şəxsi Telegram kanalında paylaşım edib.

“BMT Baş Assambleyasının 80-ci sessiyasının açılışında iştirak etdim. Burada Ukraynanın səsi xüsusilə güclü olacaq – itkin düşən uşaqlarımızın geri qaytarılması, təhlükəsizlik zəmanətləri və Rusiya Federasiyasına qarşı təzyiqlərin artırılması məsələləri ön planda olacaq”, – prezident vurğulayıb.

Zelenski əlavə edib ki, Ukrayna diplomatik mövqelərini, ordusunu və xalqın dəstəyini gücləndirmək üçün bütün imkanlardan istifadə edəcək.

O, Assambleya çərçivəsində nəzərdə tutulan ikitərəfli və çoxtərəfli görüşlərin səmərəli nəticələr verməsinin vacibliyini qeyd edib:

“Ən vacibi isə bütün tərəfdaşlarla birlikdə və birlik içində hərəkət etməkdir. Ukraynanın yanında olan və sülh üçün işləməyə hazır olan hər kəsə təşəkkür edirəm”.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
icma.az

2Sources