EN

Eldost Bayram ürək əməliyyatı olunub

Xalq artisti Eldost Bayramın səhhətində problem yaranıb.

Gundem.az-ın əldə etdiyi məlumata görə, o bu günlərdə ürək əməliyyatı keçirib.

E.Bayramov məlumatı saytımıza açıqlamasında təsdiq edib: “Ürəyimə iki stent qoyuldu. Bir neçə gün Mərkəzi Neftçilər Xəstəxanasında qaldım. Ötən gündən müalicəmi evdə davam etdirirəm. Hazırda vəziyyətim yaxşıdır”.

Qeyd edək ki, 78 yaşlı tanınmış diktor “Tərəqqi” medalına layiq görülüb.

 

Chosen
34
5
gundem.az

6Sources