EN

Rubio: “Rusiyaya sanksiyalar ABŞ-ın vasitəçilik rolunu bitirə bilər”

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Ukrayna ilə Rusiya arasında müharibədə yeganə effektiv vasitəçi ölkədir.

Turkustan.az xəbər verir ki, Rubio bu fikirləri NBC Today telekanalına müsahibəsində səsləndirib:

“Biz həm Ukrayna, həm də Rusiya ilə danışa bilən yeganə ölkəyik. Bu rolu oynamağımız üçün bizi təşviq edənlər çoxdur. Amma bu rol əbədi davam edə bilməz.”

Rubio bildirib ki, Tramp Putinin niyyətlərini heç vaxt yanlış qiymətləndirməyib və Donetskin işğalı ilə bağlı ritorikasına əvvəldən bələd olub. Onun sözlərinə görə, prezident Tramp, hətta Alyaska ilə bağlı iddialardan sonra belə, Putinin davranışlarından “dərin məyusluq” ifadə edib və sanksiya qərarı gündəmdə qala bilər.

Dövlət katibi sanksiyaların niyə gecikdirildiyini də izah edib:

“Əgər biz indi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etsək, vasitəçilik imkanlarımız zəifləyəcək, müharibə daha da uzanacaq və daha çox insan həlak olacaq. Bu səbəbdən indilik bundan qaçmağa çalışırıq.”

Rubio, eyni zamanda, Avropanı da Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb:

“Hələ də Rusiyadan böyük miqdarda neft və qaz alan Avropa ölkələri var. Bu, absurddur. Avropa daha ciddi addımlar atmalıdır".

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
turkustan.az

1Sources