ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı Bayden administrasiyasını sərt tənqid edib və öz dövrünü “ABŞ-ın qızıl dövrü” adlandırıb.
Turkustan.az xəbər verir ki, Tramp bildirib ki, onun prezidentliyi zamanı enerji və daşınmaz əmlak qiymətləri azalıb, inflyasiya nəzarət altına alınıb və səkkiz ayda 17 trilyon dollarlıq investisiya cəlb olunub.
O, immiqrasiya siyasətində də fərqli mövqe sərgilədiyini qeyd edərək, qeyri-qanuni miqrant axınının sıfıra endiyini deyib.
BMT-ni passivlikdə ittiham edən Tramp əlavə edib:
“Müharibələri sözlə yox, hərəkətlə dayandırmaq olar. Mən yeddi ayda yeddi münaqişəni bitirdim, BMT isə heç bir yardım göstərmədi.”
Tramp İranla bağlı sərt mesaj da verib və Körfəz ölkələri ilə münasibətlərin yaxşılaşdığını vurğulayıb. Çıxışını isə əməkdaşlığa açıq olduqlarını bildirərək yekunlaşdırıb.
Aytən Yaşar/ Turkustan.az