EN

Bakıdakı maşın bazarında durğunluq yaşanır - VİDEO

Bir zamanlar həftəsonu avtomobil əlindən tərpənmək mümkün olmayan Bakıdakı maşın bazarında durğunluq yaşanır.

 

Satışla məşğul olanlar bir ağızdan deyirlər ki, 2-3 həftədir işləri getmir. İnsanların Çin avtomobillərinə olan marağı maşın bazarına ciddi təsir edib.

 

Təsadüfi deyil ki, bu il Çin istehsalı avtomobillər dünyanın bütün nəhəng brendlərini satış həcminə görə geridə qoyub.

 

Bəs Çin avtomobillərinə marağı artıran səbəblər nələrdir?

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı Baku TV-yə açıqlama verib.

 

"Çin avtomobilləri üç səbəbdən avtomobil bazarında öz yerini tuta bilib. Birincisi, qiymətinin rəqabətədavamlı olması, ikincisi, sözügedən avtomobillərdə texnoloji yeniliklərdən istifadə edilməsi, üçüncüsü isə, reklam kampaniyaları üçün çox pul xərclənməsidir", - deyə ekspert bildirib.

 

Qeyd edək ki, Azərbaycan Çinin avtomobil bazarına böyük maraq göstərən ölkələrdən biridir. Təkcə bu ilin 8 ayı ərzində Çindən Azərbaycana 733 milyon dollar dəyərində 37 mindən çox avtomobil idxal olunub.

 

Tarix: 23 Sentyabr 2025, 18:33   
Chosen
22
4
pravda.az

5Sources