EN

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Azərbaycan xarici sərmayə üçün açıq və dayanıqlı iqtisadi mühitini, ölkənin strateji layihələrini və uzunmüddətli əməkdaşlıqlar üçün etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib.

"Ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur. Böyük miqyaslı sərmayələr iqtisadiyyatın diversifikasiyasına, innovasiya və texnologiya transferinin sürətləndirilməsinə, rifahın yüksəlməsinə yeni imkanlar açır. Ölkənin iqtisadi potensialının reallaşdırılmasına töhfə verən Forumun keçirilməsinə göstərdiyi böyük dəstəyə görə Prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına, dövlət rəsmilərinə, tərəfdaşlarımıza və bütün iştirakçılara dərin təşəkkürümüzü bildiririk", - deyə nazir əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin (@azpresident) himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu #Azərbaycan-ın xarici sərmayə üçün açıq və dayanıqlı #iqtisadi mühitini, ölkənin strateji layihələr və uzunmüddətli… pic.twitter.com/CjFUSpuQ1i

— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
14
baku.ws

10Sources