EN

Ağızdan qoxu ilə oyanmanın səbəbi məlum oldu

Səhər saatlarında yaranan ağız qoxusu yuxu zamanı tüpürcək ifrazındakı dəyişikliklərlə əlaqəlidir.

Publika.az xəbər verir ki, bu barədə stomatoloq Sofina Əhməd bildirib.

Mütəxəssisin sözlərinə görə, yuxu zamanı insan ağızdan nəfəs alırsa, bu zaman daha az tüpürcək əmələ gəlir. O izah edib ki, bu, bakteriyaların dildə və selikli qişalarda aktiv şəkildə çoxalmasına, xoşagəlməz qoxuya və acı dada səbəb olur.

Diş həkimi qeyd edib ki, səhər duzlu və ya metal dad infeksiya, allergiya və ya rinit nəticəsində yaranan sinus problemlərini göstərə bilər. Belə hallarda, selik bakteriya və iltihab zərərləri ilə birlikdə boğaza axır.

O əlavə edib ki, yuxu keyfiyyəti nəfəsin təravətinə də təsir edir. Onun sözlərinə görə, apne (tənəffüs hərəkətlərinin qısa müddətə dayanması, əsasən, yuxu vaxtı baş verir və yuxu apnesi kimi tanınır), xoruldama və gecə oyanmaları dad hisslərini pozur və dad reseptorlarının həssaslığını azaldır. Nəticə etibarı ilə insan nəinki ağız qoxusu ilə oyanır, həm də gün ərzində dad hissiyyatı daha zəif olur.

Chosen
35
publika.az

1Sources