EN

BDU da Corc Vaşinqton Universitetinin professorunun iştirakı ilə elmi seminar keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) ADA Universitetinin təşəbbüsü ilə Corc Vaşinqton Universitetinin professoru, yüksəkperformanslı hesablama sahəsində tanınmış mütəxəssis Tarek El-Qazavinin iştirakı ilə “Hesablama texnologiyaları və mühəndisliyin gələcəyi: yüksək məhsuldarlıqla hesablamadan süni intellektə” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Corc Vaşinqton Universitetinin Elektrik və kompüter mühəndisliyi fakültəsinin dekanı professor Tarek El-Qazavi çıxışında hesablama texnologiyalarının və mühəndisliyin gələcəyinə dair fikirlərini bölüşüb. O, yüksək məhsuldarlıqla hesablama (HPC) sistemlərindən süni intellektə (AI) keçidin perspektivləri barədə tələbələrə geniş məlumat verib.

Daha sonra ADA Universitetinin qəbul üzrə məsləhətçisi Günel Muxtarova çıxış edərək, ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında təklif olunan ikili diplom proqramları haqqında təqdimat edib. O, elektrik mühəndisliyi və energetika, kompüter elmləri və verilənlərin təhlili, kompüter mühəndisliyi və yüksək məhsuldarlıqla hesablama sistemləri üzrə proqramların Azərbaycanın Dövlət Proqramı çərçivəsində tam maliyyələşdirildiyini və tələbələr üçün geniş imkanlar yaratdığını qeyd edib.

Tədbir tələbələrin sual-cavab sessiyası ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
azertag.az

1Sources