EN

BMT Baş katibi: Mən Qəzzadakı bənzər bir şiddət görməmişəm

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Biz amansız insan əzabları dövrünə qədəm qoymuşuq”.

APA xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Nyu-Yorkda keçirilən 80-ci BMT Baş Assambleyasının açılışında bildirib.

Onun sözlərinə görə, BMT-nin prinsipləri təhdid altındadır.

“Sülhün təməlləri cəzasızlıq və bərabərsizliyin ağırlığı altında çökür”, - Baş katib vurğulayıb.

Quterreş qeyd edib ki, artıq üç ilə yaxındır Qəzzada dəhşət davam edir: “Bunlar bəşəriyyətə meydan oxuyan qərarların nəticəsidir. Mən daha əvvəl Qəzzadakı bənzər bir şiddət görməmişəm. İsrail getdikcə daha çox can alır. Qəzza sakinləri insan haqlarından məhrum olaraq yaşayırlar. Razılaşmalarımız tam şəkildə həyata keçirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
7
apa.az

8Sources