EN

Azərbaycan Latviyaya pomidor satışını bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 156,9 milyon ABŞ dolları dəyərində 143 min 577 ton pomidor ixrac edib.

Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 23 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 150 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 10 % çox) 138 min 816 ton (+20 %), Belarusa 5,1 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 310 ton (+2 dəfə), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (+19 dəfə) 1 min 588 ton (+28 dəfə), Polşaya 956 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 642 ton (+2,6 dəfə), Ukraynaya 187 min ABŞ dolları dəyərində (+4 dəfə) 167 ton (+5 dəfə) məhsul satıb.

Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Latviyaya pomidor tədarükünü (11 min ABŞ dolları dəyərində 18 ton) bərpa edib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 145,6 min ton pomidorun 97,4 %-i Rusiyanın payına düşüb.

Chosen
12
3
xezerxeber.az

4Sources