EN

Azərbaycanda şirkət 7,7 milyonluq tenderi uddu

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderin qalibini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “Respublikanın bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işləri”nin satın alınması ilə bağlı keçirilmiş tenderin qalibi müəyyən olunub.

Qalib “Bakımexanizasiyanəqliyyat” Açıq Səhmdar Cəmiyyəti olub.

Qalib şirkətə 7 milyon 671 min 106,36 ödəniləcək. Layihənin ehtimal olunan qiyməti 8 milyon 121 min 983,16 manat idi.

Bu şirkət bundan əvvəl də qurumun 4 milyon 771 min 43 manat dəyərindəki Respublikanın bir sıra təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması tenderinin qalibi olub.

Xatırladaq ki, “Bakımexanizasiyanəqliyyat” ASC 1 iyun 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 128 212 manatdır. Qanuni təmsilçisi Zabir Nağıyev Sadıx oğludur.

Chosen
20
1
nocomment.az

2Sources