Qubada qardaş bacısını bıçaqlayıb.
Publika.az Unikal-a istinadla xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində baş verib.
Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, 3 gün əvvəl kənd sakini E.Salıyev Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırıb.