EN

Şəkidə III MDB Oyunları öncəsi sınaq yarışı keçirildi

Şəkidə bədii gimnastika üzrə III MDB Oyunlarının sınaq xarakterli yarışı təşkil olunub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 20-21 sentyabrda Olimpiya İdman Kompleksində keçirilən 30-cu ölkə birinciliyində 13 klubdan 130 gimnast çıxış edib.

İdmançılar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında halqa, top, lent və gürzlərlə proqramlarını nümayiş etdiriblər.

Nəticələr:

- Balacalar arasında Leyli Qayıblı, Zeynəb İsmayılova və Mira Özel birincilik qazanıblar.

- Yeniyetmələrdə Amina Novruzova və Gülnur Məmmədli qızıl medal əldə ediblər.

- Gənclərin yarışında isə Azadə Atakişiyeva qalib olub.

- Qrup hərəkətlərində də “Ocaq Sport” klubu üstünlüyü ələ keçirərək çoxnövçülük və 5 ip proqramında bütün mükafat yerlərini tutub.

Qurban Qurbanov: "Çempionlar Liqasında uğurlarımız məsuliyyəti daha da artırır"

Yeqor Xvalko: “Kəpəz”də problem baş məşqçidə deyil”

Şişirdilən “Sumqayıt” şarı partladı: İLİÇ DƏ BACARMADI

"Ağdaş" və “Şirvan"dan inamlı qələbə

“Neftçi” tilsimi qırdı, AMMA VAR HARDA İDİ? - VİDEO

Chosen
4
1
apasport.az

2Sources