EN

“Bahalı maşının var? Min, get!.. Bunu niyə reklam edirsən?”

“Mən insanların öz dəbdəbəli həyat tərzini paylaşmalarının əleyhinəyəm”.

 

Bu sözləri TV Müsavatın baş redaktoru Sevinc Telmanqızının “Canlı debat” verilişinə qonaq olan YAP-çı deputat Siyavuş Novruzov bildirib.

 

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin zamanında lüks həyat tərzini sosial şəbəkə üzərindən paylaşmasına münasibət bildirən deputat bunu özünəməxsus şəkildə tənqid edib:

 

“Müğənni, sənət adamı, rəssam belə paylaşımlar edə bilər. Amma siyasətçi, dövlət qulluqçusu, hüquq-mühafizə orqanı əməkdaşlarıdır və ya onların ailə üzvlərinin belə paylaşımlarının qəti əleyhinəyəm. Hara çatdı, iki şəkil, ya da maşınının nömrəsini, markasını çəkib reklam etmək, paylaşmaq... İnsanlarda qıcıq yaratmaq doğru deyil. Ola bilər ki, kimsə azad sahibkarlıqla bunu qazanıb. Hətta mən bu məqamda da paylaşımların əleyhinəyəm. Qazanmısan, bahalı maşın almısan? Min maşınına, sür. Hara istəyirsənsə... Hansı ölkəyə istəyirsənsə get, gəz. Bunu camaata göstərməyin mənası nədir?”

 

S.Novruzov dəbdəbəli həyat tərzini, yeyib-içdiyini, lüksı düşkünlüyü çəkib paylaşmağın həm din, həm də insani baxımdan doğru olmadığını bildirib:

 

“Peyğəmbərimiz buyurur ki, əgər sən toxsansa, qonşuların acdırsa, o haramdır. İndi sən burda göstərirsən ki, yaxtada gəzirsən, qonşun isə heç dənizə getmək üçün avtobusa minməyə pul tapmır məsəlçün. Minsin avtobusa, nəvələrini də aparsın dənizə ki, bu uşaqlar dənizi canlı görsünlər – bunu etməyə imkanı yoxdur qonşunun. Gərək bunu düşünəsən, bu məsələlərə diqqət yetirəsən. İndi bu adam bunları sonradan edib, yaxud da işlədiyi dönəmdə edib, bilmirəm. Güman edirəm ki, SOCAR-da işlədiyi dönəmdə bunları edə bilməzdi. Şirkətdən ayrılıb, öz şirkətini qurandan sonra, xaricdəki şirkətləri vasitəsilə bunu edib”.

 

Musavat.com

 

Tarix: 23 Sentyabr 2025, 17:19   
Chosen
17
3
pravda.az

4Sources