EN

Oğullarına 1 illik möhlət almaq üçün direktora 6500 verdilər: HƏBS OLUNMADI

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda oğullarına hərbi xidmətdən 1 il möhlət hüququ almaq istəyən valideynlərə qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, X. Qaçayeva və həyat yoldaşı S. Qaçayev oğulları 18 yaşlı İsmətin bir il daha qalıb ali məktəbə təkrar imtahan verməsini istəyiblər. Bunun üçün onlar İsmətin ali məktəbə hazırlaşdığı “Zirvə” kurslarının filial direktoru E. İbrahimovdan kömək istəyiblər. O da valideynlərlə razı olub və bunun qarşılığında onlardan ümumilikdə 6500 manat alıb.

Lakin İsmət üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bir il möhlət almaqdan ötrü heç kimlə danışmayıb. Onun bu dələduzluğu adı çəkilən dövlət qurumunun İsməti hərbi xidmətə çağırmasından sonra üzə çıxıb. Belə ki, çağırışçının ailəsinə zəng edilərək onu 31 yanvar 2024-cü ilədək əsgərliyə çağırıblar.

Bundan sonra valideynlər E. İbrahimovla əlaqə saxlayıblar. Bu zaman təqsirləndirilən şəxs İsmətin 1 il möhlət alması üçün heç kimlə danışmadığını və pulu onlara geri qaytaracağını deyib. Lakin bir neçə ay keçsə də, pul zərərçəkənlərə qaytarılmayıb. Nəticədə valideynlər polisə şikayət ediblər. Şikayət əsasında E. İbrahimov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Məhkəmə istintaqı zamanı zərərçəkənlərə vurulan ziyan tam ödənilib və tərəflər arasında barışıq əldə olunub. Buna görə də zərərçəkənlər ifadələrində təqsirləndirilən şəxsə qarşı şikayətləri olmadığını deyərək, işə xitam verilməsini xahiş ediblər.

Nizami rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə işə xitam verilib və E. İbrahimov məsuliyyətdən azad olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
lent.az

1Sources