EN

Hazırda ölkədə neçə təcili yardım maşını fəaliyyət göstərir? - RƏSMİ

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzininbalansında 2010-cu ildən əvvəl istehsal olunmuş, o cümlədən sovetistehsalı olan avtomobillər qismən qalmaqdadır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi ƏraziBölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.

Bildirilib ki, hazırda bu sahədə yenilənmə prosesi gedir vəköhnə avtomobillərin mərhələli şəkildə yeniləri ilə əvəz olunmasıistiqamətində işlər aparılır.

"Təkcə 2025-ci il ərzində 100-dən çox istismara yarasızavtomobil xidmətdən kənarlaşdırılaraq, yeniləri ilə əvəzedilib.

Ümumiyyətlə, son illər İcbari Tibbi Sığorta sisteminin tətbiqiçərçivəsində təcili tibbi yardım sisteminin infrastrukturunungücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 2025-ci iləqədər ölkə üzrə 400-ə yaxın yeni ambulans alınaraq istifadəyəverilib. Bu il ərzində isə əlavə olaraq 80 ədəd “Iveco” markalıtəcili tibbi yardım avtomobili alınıb və onların paylanılmasıprosesinə başlanılıb.

Təcili yardım xidmətinin bölgələrdə daha da yaxşılaşdırılması,operativliyin təmin edilməsi və xidmət keyfiyyətinin artırılmasıməqsədilə tədbirlər davam etdirilir",- deyə məlumatda qeydedilib.

Chosen
25
3
az.trend.az

4Sources