EN

Polşa Belarusla sərhədini açır

Polşa hakimiyyəti Belarusla sərhədi açmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk məlumat yayıb. 

"Daxili işlər naziri, administrasiya və mən Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəldik. O, qərarı bu gün imzalayacaq", - Polşanın baş naziri deyib.

Tusk əlavə edib ki, ölkələr arasında sərhəd sentyabrın 25-i açılacaq. Polşa hakimiyyəti sentyabrın 12-də Belarusla sərhədi bağlayıb. Brest keçid məntəqəsində metal hasar və tikanlı məftillər quraşdırılıb. Varşava da sərhədə on minlərlə hərbçi yerləşdirib. Polşa bu addımları Rusiya və Belarusun birgə keçirdiyi Zapad-2025 hərbi təlimləri ilə əlaqələndirib.

Chosen
33
3
unikal.az

4Sources