AZ

Polşa Belarusla sərhədi açır

Polşa hökuməti Belarusla sərhədi yenidən açmaq qərarına gəlib.

Qaziler.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə “TVP Info” kanalında canlı yayımlanan Nazirlər Kabinetinin iclasından əvvəl bildirib.

"Daxili işlər naziri, administrasiya və mən Belarusla sərhəd-keçid məntəqələrini yenidən açmaq qərarına gəldik. O, qərarı bu gün imzalayacaq", - Polşanın baş naziri deyib.

Tusk əlavə edib ki, iki ölkə arasında sərhəd sentyabrın 24-dən 25-nə keçən gecə açılacaq.

Qeyd edək ki, Polşa hökuməti sentyabrın 12-də Belarusla sərhədi bağlayıb. Brest sərhəd keçid məntəqəsində metal hasar və tikanlı məftillər quraşdırılıb. Varşava da sərhədə on minlərlə hərbçi yerləşdirib. Polşa bu addımları Rusiya və Belarusun birgə keçirdiyi “Zapad-2025” hərbi təlimləri ilə əlaqələndirib.

QAZİLER.AZ

Seçilən
4
3
qaziler.az

4Mənbələr