EN

Süleyman Mikayılov növbəti qəbul keçirdi Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sentyabrın 23-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbulda 45-a yaxın qəsəbə sakini iştirak edib. Sakinlərdən 8 nəfəri fərdi qaydada dinləyən RİH başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ RİH başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
qafqazinfo.az

1Sources