EN

Qubada qardaş 3 gün əvvəl qaçırılan bacısını bıçaqladı

Qubada qardaş bacısını bıçaqlayıb.
Sherg.az Unikal-a istinadla xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində baş verib.
Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə səbəb, 3 gün əvvəl kənd sakini E.Salıyev Sumqayıt şəhərində yaşayan Ş.Kərimovanı qaçırıb.

Qadının qohumları onun yerini öyrənərək kəndə gəliblər. Burada yaranan mübahisə zamanı qadının qardaşı M.Məhərrəmov bacısına bıçaqla ağır xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Chosen
20
8
sherg.az

10Sources