EN

Xəstəliyinə görə avtomobilini satdı Video

Axsham.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Yazırlar Allah rəhmət eləsin. Ölməmişəm. Bu ayın 25-də səhnəyə çıxacağam. Qocalmışam ayağımdan çkirlər, cavan olsam nə edərlər.

Var-dövlətim də yoxdur, nə istəyirlər bilmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Bizimləsən" proqramında deyib. Aktrisa xəstəliyindən danışıb. O bildirib ki, diqqətsiz qalıb: 

"Xəstələnməyimin səbəbi oldu. Diqqətsiz qaldım və xəstələndim. Yaxşı ki, çatlayıb ölmədim. Heç kim mənimlə maraqlanmadı, qayğıma qalmadı. 57 ildir səhnədəyəm". 

Aparıcı Zaur Baxşəliyevin "Sənətkarın arzusu diqqət və qayğı görməkdir. Fatma Mahmudova əziyyət çəkib. İçində böyük dərd yaşayır, amma insanları güldürməyi bacarır. Tamaşaçı bilmir ki, Fatma Mahmudovanın evinin qapısı yoxdur. Özünə sığışdırmır qapı döysün. Niyə evində qapı yox, pərdə asılmalıdır? Niyə xəstəliyinə görə avtomobilini satmalıdır" sözlərinə aktrisa kövrəlib.

Qeyd edək ki, F.Mahmudova bir müddət əvvəl insult keçirib və səhhətində problemlər yaranıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam_magazin (@axsam_magazin)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
4
axsam.az

6Sources