EN

Qubada bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Quba rayonunun Xucbala kəndində bacısını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb...

Oxu.Az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən M.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

***
Qubada bıçaqlanma hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.

Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
6
4
poliqon.info

6Sources