EN

Gənc biatlonçu faciəli şəkildə ölüb

Çexiyalı gənc biatlonçu Yan Vaniya faciəli şəkildə dünyasını dəyişib.

İdman.biz xəbər verir ki, 19 yaşlı idmançı velosipedlə hərəkətdə olarkən avtomobil tərəfindən vurulub.

Hadisə Pardu­bitski vilayətinin Krouna kəndi yaxınlığında baş verib.

Qeyd edək ki, idman karyerasını başa vuran Vaniya yeni mövsümdən etibarən Çexiya milli biatlon komandasının heyətinə qoşulmalı idi idi.

İdman.biz

Chosen
7
1
idman.biz

2Sources