Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanları müzakirə olunub.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Sərmayə Fondunun korporativ kreditlər üzrə direktoru Nasser Al-Attiyah ilə görüşüb.
Azərbaycan və Qətər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və strateji sektorların inkişafında tərəfdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, infrastruktur, maliyyə xidmətləri, enerji və qeyri-neft sektorunda həyata keçirilə biləcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkənin iqtisadi maraqlarına uyğun xidmət edəcəyini vurğulayıb.