EN

Daşkəsən dəmir filizi layihəsi 13 milyard dollarlıq ÜDM töhfəsi və 4000 yeni iş yeri yaradacaq

Daşkəsən dəmir filizi layihəsinin hər iki mərhələsinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq.

Day.Az xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə bildirib.

"Birbaşa və dolayı təsirlər nəticəsində təxminən 4000 iş yerinin yaradılmasına imkan yaratmaqla, əməliyyatlara başlanıldıqdan sonrakı dövr ərzində ölkə üzrə ÜDM-yə təqdribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək", - o qeyd edib.

Chosen
14
2
day.az

3Sources