EN

Buillki festivalda əsas diqqətin Nəsiminin yaradıcılığının elmi araşdırılmasına yönəldilməsi böyük əhəmiyyət kəsb edir - Kanadalı nümayəndə (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, mənəviyyat, incəsənətfestivalının təntənəli açılışı keçirilib. Festival Heydər ƏliyevFondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub,Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO)ilə tərəfdaşlıq əsasında reallaşıb.

Trend xəbər verirki, festivalın açılışında “Əbədi həqiqətin axtarışında” mövzusundaBeynəlxalq Forum keçirilib.

Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada,Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminən70 tədqiqatçı və alim iştirak edib.

Qonaqlardan biri əvvəllər İranın Zəncan və Sənəndəcuniversitetlərində çalışmış, son illərdə isə Kanadada yaşayan vəSaymon Freyzer Dövlət Universitetində fəaliyyət göstərən doktorMəhəmmədreza Kərimi (Kanada) olub. Alim “Nəsiminin Azərbaycan ədəbidilinin formalaşması tarixində yeri və onun nəqli” mövzusundaməruzə ilə çıxış edib.

“Mən üçüncü dəfədir Azərbaycana gəlirəm və burada hər zamanmüxtəlif tədbirlər ən yüksək səviyyədə təşkil olunur. İrankitabxanalarından birində apardığım araşdırmalar nəticəsindəNəsiminin insanın kamilliyə gedən doğru yolunu göstərən, böyük şairvə filosofun fəlsəfəsini dərin şəkildə əks etdirən “Təriqətnamə”əsərini tapdım. Əvvəlki illərdə Nəsimi festivalı əsasən mədəni irsprizmasından təqdim olunurdu, bu il isə əsas diqqət böyük şairinyaradıcılığının elmi araşdırılmasına yönəldilib, bu, həqiqətənböyük əhəmiyyət kəsb edir. Mən müxtəlif ölkələrin alimlərininNəsimi irsinin öyrənilməsi ilə bağlı öz baxışlarını vətədqiqatlarını təqdim edə bildiyi, maraqlı fikirlərin mübadiləedildiyi beynəlxalq forumu yüksək qiymətləndirirəm”, – deyəMəhəmmədreza Kərimi bildirib.

Buillki
Buillki
Məqalədə:
Chosen
5
az.trend.az

1Sources