EN

Çindən Özbəkistana 100 elektrik avtobusu göndərilib

Çindən Özbəkistana 100 elektrik avtobusu göndərilib.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Özbəkistan - 2030” strategiyası çərçivəsində yaradılmış “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” dövlət proqramına uyğun olaraq Daşkənd şəhərində ekoloji cəhətdən təmiz ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə 2025-ci ildə ümumilikdə 200 ədəd elektrik avtobusu və onlar üçün dəstəkləyici avadanlığın alınması planlaşdırılır.

Prosesin bir hissəsi olaraq, elektrik avtobuslarının ilk partiyası - 100 nəqliyyat vasitəsi  Özbəkistana göndərilib.

Bütün elektrik avtobuslarının çatdırılmasının 2025-ci ilin sentyabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.


Şəfa Hüseynli

1Sources