EN

Britaniya Səhiyyə Naziri Trampın autizm iddialarına cavab verdi

Ajans.az xəbər verir ki,nazir bu barədə bu gün yayımlanan Lorraine verilişində danışıb. O, Trampın dediklərini elmi sübutlarla dəstəklənməyən və yanlış məlumatlandırma kimi qiymətləndirib: “2024-cü ildə İsveçdə 2,4 milyon uşaq üzərində aparılan geniş araşdırma bu iddiaları təsdiqləmədi. İnsanlara demək istəyirəm: Donald Trampın tibb haqda dediklərinə deyil, NHS-ə, britaniyalı həkimlərə və alimlərə qulaq asın.” Stritinq əlavə edib ki, skeptik yanaşma və sual vermək normal olsa da, tibb elminə əsaslanmaq vacibdir. Parasetamol (ABŞ-da asetaminofen, adətən Tylenol markası ilə tanınır) hamiləlik zamanı ağrı və qızdırma üçün tövsiyə olunan əsas dərmanlardan biridir. NHS bu dərmanı qısa müddətli və aşağı dozada istifadəsini uyğun hesab edir. Təxminən Böyük Britaniyada hamilə qadınların yarısı, ABŞ-da isə 65 faizi parasetamoldan istifadə edir. Tibbi Tənzimləmə Agentliyi – MHRA da parasetamolun autizm və DEHB ilə əlaqəsi olduğuna dair elmi əsas olmadığını bildirib. Qurumun baş təhlükəsizlik rəsmisi Dr Alison Cave qeyd edib: “Hamiləlik zamanı parasetamolun istifadəsi ilə autizm arasında əlaqəni göstərən heç bir sübut yoxdur. Əksinə, müalicə olunmayan ağrı və qızdırma döl üçün təhlükə yarada bilər.” Dünyanın müxtəlif ölkələrindən tibb mütəxəssisləri də Trampın iddialarını qınayaraq, onları “qorxu və təşviş yaymaq cəhdi” adlandırıblar. Onlar bildirirlər ki, bu cür açıqlamalar ailələrə psixoloji təsir göstərir, lakin ortada sübut edilmiş heç bir tibbi əlaqə yoxdur. Qeyd edək ki, Donald Tramp son çıxışında parasetamolun hamiləlik zamanı istifadəsinin “neyrodivergent pozuntuların artmasına” səbəb ola biləcəyini iddia etmişdi. Bu bəyanat tibb ictimaiyyəti tərəfindən əsassız və təhlükəli kimi qiymətləndirilib.

 

Chosen
8
Ajans.az

1Sources