EN

İlon Maskın atası uşaqlara qarşı cinsi istismarda ittiham olunur

Ajans.az TheNewYorkTimes-a istinadən xəbər verir ki, üç ayrı istintaq çərçivəsində ErrolMuskbarəsində araşdırmaaparılıb. Onlardan iki işi hüquq-mühafizə orqanları bağlayıb, üçüncü araşdırmanın nəticəsi isə hələlik ictimaiyyətə məlum deyil. NYT yazır ki, Errol Musk ailə daxilində bir neçə dəfə beş bioloji övladına və övladlığa götürdüyü bir qıza qarşı cinsi istismarda ittiham olunub. İddialara görə, bu hadisələrin ilki 1993-cü ildə, sonuncusu isə 2023-cü ildə baş verib. Qəzetin məlumatına görə, bu ittihamlar, İlon Maskın atası ilə münasibətlərini kəsməsinin əsas səbəblərindən biri olub. Ailə üzvləri vəziyyətə müdaxilə etmək üçün dəfələrlə Maskla əlaqə saxlayıblar, NYT-nin yazdığına görə, milyarder bəzən tədbir görüb. Errol Musk isə bu ittihamlarla bağlı hələlik ictimai açıqlama verməyib.

 

Chosen
3
2
Ajans.az

3Sources