EN

Şəmkirdə illik 2 milyon ton gücə malik dəmir zavodu inşa ediləcək

BAKI, 23 sentyabr. TELEQRAF

Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq. Zavod Şəmkir rayonunda inşa ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində keçirilən brifinq zamanı “Daşkəsən Dəmir Filiz” MMC-nin Baş direktoru Ceyhun Əliyev deyib.

O qeyd edib ki, Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır:

“İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi tövhə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitəzərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir.
Qeyd edim ki, HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron) texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu texnologiya – ənənəvi domna sobalarındanfərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasınımümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir”.

Ceyhun Əliyev əlavə efib ki, həmçinin, bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün, istehsalatda təbii qaz əvəzinə hidrojenə keçid etməyəimkan yaradır:

“Bu səbəbdən, sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır.
Bu strateji əməkdaşlıq Azərbaycan–Qazaxıstan münasibətlərinin metallurji sənaye sahəsində yeni səhifəsidir. Bu addım yalnız iki ölkə arasında iqtisadi bağları gücləndirmir, həm də regionun metallurgiya və mədən sənayesinə yeni nəfəs gətirir.“Daşkəsən Dəmir Filiz” MMC adından bildirirəm ki, biz bu layihəni ən yüksək standartlarla həyata keçirmək, Azərbaycanın sənaye gücünü və ixrac potensialını daha da artırmaq əzmindəyik”.

Chosen
26
6
teleqraf.com

7Sources