EN

Astarada torpaq sürüşməsi baş verən ərazidə hazırda heç bir iş görmək mümkün deyil – Bələdiyyə sədri

Bakı.Trend:

Sentyabrın 22-də Astaranın Niləşə kəndində təqribən 100 metrəyaxın torpaq sürüşüb. Dağlardan gələn sel suları irigövdəli qurumuşağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzikörpülərin, suötürücü boruların qarşısını kəsib.

Astara rayon Siyəkü kənd bələdiyyəsinin sədri Ramin DədəyevTrend-əaçıqlamasında bildirib ki, Niləşə kəndində torpaq sürüşməsi başverən ərazidə hazırda heç bir bərpa işi görmək mümkün deyil.

“Baş verən torpaq sürüşməsi nəticəsində kənd sakini GünayRuhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb.Yamacın üst hissəsi-dağlardan gələn sel suları irigövdəli qurumuşağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzikörpülərin, suötürücü boruların qarşısını kəsib”.

Bələdiyyə sədri vurğulayıb ki, sürüşmə nəticəsində dağılan ərazihissə-hissə bərpa edilməlidir.

“İsti hava şəraiti olmalıdır ki, torpağın daxilinə dolmuş su tamçəkilib getsin, bundan sonra həmin ərazidə bərpa işlərinəbaşlanılacaq”,-R.Dədəyev bildirib.

Chosen
9
1
az.trend.az

2Sources