EN

Qədimbəylilərin həbs olunan mühafizəçisi ilə bağlı “Sədərək”dən AÇIQLAMA

Bakıda “Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəylinin oğulları – İlkin və İlham Qədimbəylilər barəsində cinayət işi başlanılıb. 

İlkin Qədimbəylinin mühafizəçisi Rövşən Hüseynov da şübhəli şəxs qismində saxlanılaraq həbs edilib. Həmçinin Qədimbəylilərin şəriki Xamis Qubadova qarşı da ittiham irəli sürülüb. İddialara görə, Rövşən Hüseynov “Sədərək” ticarət mərkəzində çalışır. 

“Cebheinfo.az”-a açıqlamasında  ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bildirib ki, mətbuatda həbs olunması ilə bağlı məlumatlar yayılan Rövşən Hüseynovun ticarət mərkəzində çalışması ilə bağlı iddialar həqiqətə uyğun deyil: 

“Rövşən Hüseynov adlı şəxsin həbs olunması ilə bağlı məlumat yayılıb və bildirirlər ki, guya həmin şəxs “Sədərək” Ticarət Mərkəzində işləyir. Qeyd etmək istəyirəm ki, o, burada işləmir. Həmin şəxs Sədərək rayonundandır, tanıdığımız biridir, amma bizim ticarət mərkəzində işçi kimi çalışmır”. 

Chosen
36
1
cebheinfo.az

2Sources