EN

Azərbaycan paraüzgüçüsü dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın paraüzgüçüsü Raman Salei (S12 kateqoriyası) Sinqapurda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
 
Moderator.az xəbər verir ki, o, yarışın üçüncü günündə 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə fəxri kürsə qalxıb.
 
Qeyd edək ki, Raman Salei dünya çempionatın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, ikinci günündə isə 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulunda bürünc medal əldə edib.
Chosen
19
3
moderator.az

10Sources