“France Football” jurnalının baş redaktoru Vinsent Qarsiya sentyabrın 22-də “Qızıl top”u qazanan Pari Sen-Jermen Futbol Klubunun və Fransa yığmasının hücumçusu Usman Dembelenin qələbəsini birmənalı adlandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, “RMC Sport”a müsahibəsində deyib. Onun sözlərinə görə, bütün qitələrdə münsiflər heyəti yekdilliklə 28 yaşlı gəncə səs verib.
"Trendlərdən danışsaq, açığını desək, rəqabət yox idi. Usman böyük fərqlə qalib gəldi. O, bizim münsiflər heyətinin əhəmiyyətli hissəsinin dəstəyini qazandı və "Qızıl top"un şübhəsiz-şəksiz qalibidir", - Qarsiya deyib.
Dembele “Qızıl top” mükafatını ilk dəfə qazanıb. “Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal ikinci, PSJ-nin yarımmüdafiəçisi Vitinya isə üçüncü olub.
QAZİLER.AZ