EN

İşə qəbul müsahibəsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır.  

24 sentyabr 2025-ci il tarixindən start veriləcək müsahibə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi,  şəhid və müharibə veteranı ailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyə dəvət edilib. 

Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.

Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək. 

Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarların ardıcıllığına uyğun həyata keçiriləcək:

- Şəhid və müharibə veteranı ailə üzvləri

- Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)

- Təhsil səviyyəsi 

- Pedaqoji və laboratoriya sahəsində iş stajının olması. 

Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazası siyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olan şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata keçirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
12
olaylar.az

10Sources