EN

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Chosen
19
12
modern.az

10Sources