EN

Su problemi olanlara ŞAD XƏBƏR

Baku.ws saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı və Abşeron yarımadası üzrə 2025-ci ilin 7 ayı ərzində 7.62 km magistral su xətti çəkilib.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq deyilib.

Bildirilib ki, Bakı və Abşeron yarımadası üzrə 2025-ci ilin 7 ayı ərzində 7.62 km magistral su xətti, 19.65 km şəbəkə su xətti, 9.37 km su ev birləşməsi, 17.86 km kanalizasiya xətti, 5.39 km kanalizasiya ev birləşmələri xətləri, 4.22 km kanalizasiya kollektor xətti, 0.1 km mikrotunel xətti, 0.28 km yağış suyu xətləri çəkilib. Hazırda da bir çox ərazilər üzrə tikinti-quruculuq işləri, yeni infrastruktur layihələr davam etdirilir:

"İcra olunan yeni layihələr məhz gələcək vaxtlarda abonentlərin su və kanalizasiya təchizatının yaxılaşdırılmasına və dayanıqlı su ilə təminatına yol açacaq. Xidmət olaraq məqsədimiz abonentlərimizin məmnunluğuna və xidmət səviyyəsinin artırılmasına nail olmaqdır. Lakin nəzərə almaq lazımdır ki, su və kanalizasiya təchizatı ilə bağlı işlər geniş miqyaslı olduğu üçün nisbətən vaxt tələb edir, bu müddət ərzində anlayış göstərdiklərinə görə hər bir kəsə təşəkkürümüzü bildiririk", - deyə məlumatda qeyd olunub.

Banu Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
baku.ws

2Sources