EN

Ukrayna Rusiyaya hava şarları ilə hücum etdi

Sentyabrın 23-də gecə vaxtı Ukrayna pilotsuz təyyarələrinin Rusiya bölgələrinə hücumu zamanı çoxlu sayda hava şarlarından istifadə edilib.

Musavat.com xəbər verir ki, bu barədə RBC Rusiya Müdafiə Nazirliyinə yaxın mənbəyə istinadən yayıb.

Mənbə qeyd edib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri əvvəllər hava şarları vasitəsilə irimiqyaslı hücumlar qeydə almayıb.

“Həqiqətən də çoxlu şar var idi, lakin onların dəqiqliyi son dərəcə aşağı idi”, – mənbə bildirib.

Sentyabrın 23-ü səhər Ukraynanın “Exilenova+” Teleqram kanalı Moskva vilayətində hava hücumundan müdafiə qüvvələrinin “karton pilotsuz uçan aparatları və şarları” vurduğunu xəbər verib.

Musavat.com

Chosen
18
2
musavat.com

3Sources