EN

Vaqif Sadıqov: "Hakimlər tərəfindən hansısa komandaya qarşı qərəz yoxdur"

"Mövsüm başlayandan "Neftçi" öz oyunu ilə qələbəyə layiq olduğunu göstərirdi".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

AFFA Məşqçilər Komitəsinin sədri Misli Premyer Liqasının V turunda keçirilən "Sumqayıt" - "Neftçi" matçı haqda fikirlərini bölüşüb: "Sumqayıt"la çətin səfər matçında komanda qələbə üçün əlindən gələni edirdi. İnanıram ki, bundan sonra öz əzəmətini geri qaytaran "Neftçi"ni görəcəyik. Bununla da çempionatda intriqa artacaq. Tezliklə "Neftçi"nin parlaq gününün şahidi olacağıq. Hakim qərarlarına bizim müdaxilə etməyimiz doğru deyil. Buna cavabdeh olan şəxslər var və onlar dərindən təhlil edib, bütün epizodlara lazımi qiymət verirlər. Hansısa qərəzdən söhbət gedə bilməz. Səhvlər var, bu da normaldır. Nöqsanlar var, aradan qaldırmaq üçün görülən işlər çoxdur. Subyektiv fikrim odur ki, səhvlər olsa da, hakimlər tərəfindən hansısa komandaya qarşı qərəz yoxdur".

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz

Chosen
4
1
idman.biz

2Sources