EN

Azərbaycanın peşəkar milli musiqisinin banisi Krivoy Roqda anılıb (FOTO)

Bakı. Trend:

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəAzərbaycanın peşəkar milli musiqisinin banisi, Şərqdə ilk operanınmüəllifi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətiləkonsert təşkil edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, onsertdə şəhər meriyasının mədəniyyət şöbəsininrəhbərliyi, şəhər Şurasının deputatları, diaspor fəalları,ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirakediblər.

Tədbir çərçivəsində Azərbaycana aid rəsm sərgisi nümayişolunub.

Rəsmi hissədə Azərbaycan və Ukraynanın Dövlət himnlərisəsləndirildikdən sonra Krivoy Roq şəhəri “Azərbaycan Diasporu”təşkilatının rəhbəri Kamaləddin Ağayev, Krivoy Roq şəhərMeriyasının mədəniyyət şöbəsinin rəhbəri İrina Vasileyevna, MüslümMaqomayev adına Beynəlxalq Fondun sədri Hafiz Aslanov çıxışediblər.

Kamaləddin Ağayev çıxışında Üzeyir Hacıbəylinin 140 illikyubileyinin Krivoy Roqda qeyd edilməsini milli musiqininbirləşdirici gücünün mədəniyyətlərarası dialoqun və ümumbəşəridəyərlərə verilən önəmin göstəricisi kimi dəyərləndirib.

Çıxışlarda Azərbaycanın milli musiqi kimliyinin formalaşmasındaÜzeyir Hacıbəylinin müstəsna rolundan bəhs ediblər. ÜzeyirHacıbəylinin əsərlərinin Azərbaycan sərhədlərini aşaraq dünyasəhnələrində uğurla nümayiş olunduğu və xalqlar arasında mədənikörpüyə çevrildiyi bildirilib.

Tədbirin bədii hissəsində Krivoy Roq şəhərinin kamera orkestriÜzeyir Hacıbəyli, Qara Qarayev və Firəngiz Əlizadənin əsərləriniifa edib.

Konsert tamaşaçıların böyük rəğbətini qazanıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Chosen
6
az.trend.az

1Sources