EN

13 yaşlı oğlan şassidə gizlənərək Kabildən Dehliyə UÇDU

Əfqan yeniyetmə şassidə gizlənərək Kabildən Dehliyə uçub.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Sentyabrın 21-i səhər saatlarında 13 yaşlı oğlan Kabildə “KAM Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin arxa mərkəzi şassi bölməsinə dırmaşıb. O, 94 dəqiqəlik uçuşu bu şəraitdə keçirib.

Dehli hava limanına enişdən sonra yer xidməti əməkdaşları oğlanı uçuş zolağında gəzərkən görüblər.

Yeniyetmə onlara etiraf edib ki, bu addımı “sadəcə maraqdan” atıb və əslində Tehrana uçmaq istədiyini, lakin təyyarəni səhv saldığını bildirib.

Hadisədən sonra o, eyni reyslə geri – Kabilə göndərilib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
28
interpress.az

1Sources