EN

“Iteca Caspian” və “Capian Event Organisers” Azərbaycanın aparıcı sərgilərinin rəsmi bankı – PASHA Bank ilə strateji tərəfdaşlığı elan edir (FOTO)

Bakı. Trend:

Azərbaycanda keçirilən beynəlxalq sərgilər investisiyaların cəlbolunması və yeni biznes əlaqələrinin qurulması üçün mühümplatformadır. Bu sərgilər dünyanın aparıcı şirkətlərini və sənayeliderlərini bir araya gətirir, dövlət qurumlarının dəstəyi ilətəşkil olunur ki, bu da Bakının regionda əsas biznes məkanı kimimövqeyini möhkəmləndirir.

Etibarlı və tanınan milli brendlər kimi bu sərgilər artıq qlobalsərgi təqvimində layiqli yerini tutaraq, dünyanın aparıcıbeynəlxalq tədbirləri sırasına daxil olub.

Azərbaycanın ən iri və etibarlı maliyyə institutlarından biriolan PASHA Bank, 2025-ci ilin payızında və 2026-cı ilin yazındaBakıda “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO)tərəfindən təşkil ediləcək beynəlxalq sərgilərin rəsmi bankıqismində çıxış edir.

Bu əməkdaşlıq bazar liderlərinin güclü sinerjisini nümayişetdirir və sərgilərin yüksək statusunu, eləcə də ölkənin iqtisadiinkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.

25 ildən artıq fəaliyyəti dövründə “Iteca Caspian” və “CaspianEvent Organisers” (CEO) şirkətləri özünü beynəlxalq sərgilərin vəkonfransların təşkilində aparıcı oyunçular kimi təsdiqləmiş,dünyanın minlərlə iştirakçısını, investoru və ekspertini bir arayagətirmişdir.

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinindirektoru Fərid Məmmədovun sözlərinə görə, PASHA Bank kimitərəfdaşla əməkdaşlıq bu sərgilərin yüksək səviyyəsini vəəhəmiyyətini daha da vurğulayır:

“PASHA Bank ilə əməkdaşlıq effektiv bir sinerjidir. Biz çalışırqki, hər bir sərgimiz iştirakçılar üçün maksimum səmərəli olsun.Ölkənin aparıcı bankı ilə tərəfdaşlıq müştəri xidmətlərini yüksəksəviyyədə saxlamağa və yeni istiqamətlərin inkişafına imkanverəcək”.

“Iteca Caspian və “Caspian Event Organisers” ilə əməkdaşlıq vəonların təşkil etdiyi beynəlxalq sərgilərdə iştirak etmək kiçik vəorta biznesin inkişafına töhfə vermək üçün böyük imkan yaradır.Əminik ki, “Iteca Caspian və “Caspian Event Organisers” tərəfindəntəşkil olunan çoxprofilli sərgilər investisiya, innovasiya və yeniideyaların mərkəzinə çevrilərək, sahibkarların təcrübə mübadiləsiaparmasına və imkanlarını genişləndirməsinə şərait yaradır. Bu isəbiznesin maliyyə sabitliyini daha da möhkəmləndirir. PASHA Bankreal sektorun etibarlı tərəfdaşı kimi biznesin inkişafı üçünəlverişli mühitin formalaşdırılması, iqtisadiyyatımızın dahadayanıqlı və rəqabətqabiliyyətli olması istiqamətində təşəbbüsləridəstəkləməyə davam edəcək”, – deyə PASHA Bank-ın Korporativ vəİnstitusional Bankçılıq seqmentinin idarəedici direktoru HeydərSüleymanov qeyd etmişdir.

Sərgilər çərçivəsində PASHA Bank bir sıra tədbirlər vətəqdimatlar keçirəcək. Ziyarətçilər PASHA Bank-ın məhsul vəxidmətləri ilə birbaşa sərgi məkanında tanış ola biləcəklər. Bu isəbiznes əməkdaşlığının qurulması və müasir maliyyə həllərinin əldəolunması üçün əlavə imkanlar yaradacaq. Təqdim olunacaq xidmətlərəaşağıdakılar daxildir:

  • Hesabların ekspress açılması və kartların birbaşa sərgiməkanında rəsmiləşdirilməsi;
  • İştirakçılar üçün xüsusi maliyyə təklifləri;
  • Beynəlxalq ödənişlər və tranzaksiyalara dəstək;
  • Xarici qonaqlar üçün rahat xidmətlər.

Uzunmüddətli əsasda nəzərdə tutulmuş bu tərəfdaşlıq Bakıdakeçirilən bütün irimiqyaslı beynəlxalq sərgiləri əhatə edir.Onların sırasında “BakuBuild”, “Caspian Agro”, “InterFoodAzerbaijan”, “Aquatherm Baku”, “Rebuild Karabakh”, “Medinex” və s.yer alır.

Təşkilatçılar əmindirlər ki, bu əməkdaşlıq regionda biznestədbirlərinin təşkilində yeni keyfiyyət standartı yaradacaq vəAzərbaycana yeni iştirakçıların, investisiyaların və layihələrincəlb olunmasına güclü stimul verəcək.

“Iteca
“Iteca
“Iteca
“Iteca
Məqalədə:
Chosen
35
3
az.trend.az

4Sources